Fransanın Lİl şəhərində maraqlı hadisə baş verib.
Lent.az-ın xəbərinə görə, polisə qayda pozan avtomobilin axtarışda olduğu barədə məlumat daxil olub. Qanun keşikçiləri avtomobili saxlatmaq istəsələr də sürücü əmrə tabe olmayıb. Yarım saatlıq təqibdən sonra o, avtomobilin təkərini səkiyə vuraraq zədələyib. Lakin bu da qayda pozucusunu dayandıra bilməyib. Nəhayət, o avtomobillə dalana girdikdən sonra yol olmadığını görərək qaçmağa başlayıb. Polis qısa vaxtda onu saxlaya bilib.
İdarədə dindirmə zamanı onun bir gün əvvəl 10 yaşının tamam olduğu məlum olub. Avtomobili isə 1 həftə əvvəl başqa departamentdə oğurlayıbmış. Polis avtoxuliqanı şərəfinə and içdirərək sərbəst buraxıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man