Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin qarşısına qoyulan tapşırıqları dörd qrupa bölmək olar.
Avtosfer.az xəbər verir ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov İTV-nin efirində yayımlanmış “Görünməyən qəhrəmanlar - Hərbi Hava Qüvvələri” adlı sənədli filmdə bu barədə danışıb.
Hərbi Hava Qüvvələri müharibə dövründə dövlətin mühüm strateji obyektlərinin, yaşayış məntəqələrində, döyüş mövqelərində yerləşən bütün növ qoşunların düşmənin aviasiya və ballistik raket zərbələrindən qorunmasını həyata keçirib.
Ramiz Tahirov bildirib ki, ikinci tapşırıq döyüş meydanında fəaliyyət göstərən bütün qoşun növlərinə havadan dəstək verilməsi və düşmənin yerüstü hədəflərinin məhv edilməsi olub.
Növbəti tapşırığa gəlincə, Ramiz Tahirov bildirib: “Düşmənə qarşı hava, radio, radiolokasiya və radiotexniki kəşfiyyat fəaliyyətlərinin aparılması qarşımıza qoyulan üçüncü tapşırıq idi”.
“Dördüncü isə düşmənə qarşı radioelektron mübarizə fəaliyyətlərinin aparılması idi”, - deyə Hərbi Hava Qüvvələrinin komandanı əlavə edib.
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man