Yaponiya paytaxtında metro qatarında insanlara hücum edən Kyota Hattori adlı gənc “Joker”i (komikslərdən “Betmen”in düşməni) təqlid etdiyini deyib.
Onun sözlərinə görə “Joker” kimi görünməyə və eyni adlı filmdə caninin qatarda insanlara hücum etdiyi səhnəni təkrarlamağa cəhd edib.
“Ekspress qatarı seçdim, çünki adam çoxdu, stansiyalar arasında böyük intervallar olması insanların qaçmasını çətinləşdirəcəkdi, səyahət vaxtı isə uzun idi”, - deyə Hattori izah edib.
Şübhəli heç kəsi öldürə bilmədiyi üçün təəssüfləndiyini vurğulayıb.
Xatırladaq ki, hadisə oktyabrın 31-də baş verib. Naməlum şəxs qatarda bıçaqlı hücum həyata keçirdikdən sonra alışqan maye (ehtimal ki, xlorid turşusu ilə) ilə oturacaqları yandırıb. Hadisə nəticəsində 17 nəfər yaralanıb, onlardan biri – yaşlı kişi hələ də huşsuz vəziyyətdədir.
Yerli polis şübhəlini saxlayıb, o heç bir müqavimət göstərməyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man