Bill Qeyts yaxtada ad günü keçirdi - Tənqid olundu

Maraqlı 01 Noyabr 2021 | 13:27
OXUNUB: 324

"Amazon"un qurucusu Ceff Bezos da daxil olmaqla bir çox qonaqla özünə yaxtada ad günü  keçirən Bill Qeyts böyük reaksiya  doğurub. 

Avtosfer.az xəbər  verir  ki, ötən həftədən lüks  yaxtası ilə  Egey və Aralıq dənizi sahillərində tətil edən "Microsoft"un qurucusu ekoloqların tənqidinə  səbəb  olub.  Belə  ki,  Qeyts yaxtası ilə səyahətləri zamanı gündə orta hesabla 19 ton karbon qazı buraxır. Bu da  bir  zaman  təbiəti  qorumağa çağıran Billin etinasız  yanaşmasını  ortaya qoyub. 

Bununla  yanaşı Qeytsin Türkiyənin Muğla və Aydın ərazilərinə sərmayə qoymaq üçün 3 milyon kvadratmetr ərazi axtardığı bildirilib.

Qeyd edək ki, 66 yaşlı Bill Qeytsin yaxta ilə keçirdiyi  tətil  həftədə 2 milyon dollara  başa gəlir.

Unikal.org

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man