İtalyan aviaşirkəti “Alitalia”nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.
Həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, “Biz “Alitalia”yıq” deyərək qışqırıblar.
Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib.
Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik “Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan “ITA” varisi “Alitalia”dan daha kiçikdir.
///konkret.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man