Bir çox insan yaşadığı ölkəni özünə daha yaxşı gələcək qurmaq məqsədi ilə tərk edir. Bu, bəzilərində alınır, bəzilərində isə yox.
Avtosfer.az qürbətə getdikdən sonra həyatını tamamilə müsbətə doğru dəyişən, uğur qazanan bir neçə iş adamının uğur hekayəsini təqdim edir:
Jeffrey Skoll
O, Kanadanın Montreal şəhərində anadan olub, yahudi ailəsindəndir. 1987-ci ildə universiteti elektrik mühəndisi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Skoll tezliklə iki şirkət yaratsa da, istədiyi nəticəni əldə edə bilməyib. Gələcək milyarder bu problemi həll etmək üçün ixtisasını artırmaq məqsədilə Stanforda üz tutub.
Skoll, 1996-cı ildə onu işə götürən “eBay” yaradıcısı ilə tanış olur. Jeffrey internet nəhənginin ilk işçisi və sonradan ilk prezidenti olur. Skoll “eBay”ın bu gün tanınmış şirkət olmasına ağıllı iş planı sayəsində nail olub.
O, “eBay”dan ayrıldıqdan sonra, fond idarəçiliyinə və sosial sahibkarlığa - səhiyyə sahəsinə sərmayə qoymağa başlayıb. İndi iş adamının 4 milyard dollardan çox sərvəti var. O, hazırda dünyanın ən varlı insanları sırasında 134-cüdür.
David San
İş adamı "Kingston Technology" şirkətinin həmtəsisçisi və baş direktorudur. San, doğma Taylanddakı Tatunq Universitetinin bakalavr dərəcəsi ilə məzunudur.
San, 1981-ci ildə Con Tu ilə tanış olub. O vaxt hər ikisi artıq mühəndis idi, ancaq öz şirkətini qurmağı və bu istiqamətdə inkişaf etməyi xəyal edirdilər. Sonra Sun və Tu güclərini birləşdirməyə qərar verirlər, nəticədə sonradan 6 milyon dollara satdıqları "Camintonn" şirkətini yaradırlar. Tərəfdaşlar gəlirlərini itirsələr də, özlərini itirmirlər. Bir müddət sonra "Kingston Technology" şirkətini qurdular ki, bu da ilk ildə onlara 140 milyon dollar qazandırdı.
Sanın sərvəti bu gün 6 milyard dollardır. O, dünyanın ən varlıları sırasında 90-cı pillədə qərarlaşıb.
Con Tu
David Sanla birgə iş həyatına atılan Con Tu, Çinin Şanxay şəhərində yoxsul bir ailədə anadan olub.
Onun hekayəsi ilə bağlı artıq David Sandan danışarkən məlumat verdik. 1987-ci ildə "Kingston Technology"nin baş direktorudur, şəriki Sanla eyni binada oturur və burada rəhbər şəxs söhbəti yoxdur - bərabərlik, dostluq münasibəti var.
İlon Mask
"Tesla Motors" sahibi və "SpaceX"in qurucusu Cənubi Afrikanın Pretoria şəhərində anadan olub.
Atası uşaq ikən Maska "Commodore VIC-20" kompüterini hədiyyə edib. Bundan səmərəli istifadə edən Mask, onun üzərində proqramlaşdırmağı öyrənib. O, 12 yaşına ikən öz oyununu yaradıb və bunu 500 dollara satıb.
18 yaşında pulsuz-parasız Kanadaya köçən Mask, burada taxta fabrikində çalışıb və eyni zamanda Pensilvaniya Universitetində oxuyub. Daha sonra Stanforda oxumağa gedir, lakin vaxt çatışmazlığı səbəbindən oranı tərk edir. Sonra Musk özünü proqram inkişafına həsr edir. İlonun əsas layihələri "PayPal" ödəniş sistemi şirkətdir. İndi məşhur ixtiraçı "Forbes" milyarderlər reytinqində 34-cü yerdədir, sərvəti 11,6 milyard dollardır.
Yan Kum
Gələcək milyarder Jan Kum Kiyevdə anadan olub. O, 1992-ci ildə anası ilə birlikdə ABŞ-a köçüb. Orada təmizlik işçisi kimi çalışıb və eyni zamanda universitetdə təhsil alıb. Ancaq Kum universiteti bitirə bilmir, o, "WhatsApp"ın gələcək qurucularından Brian Aktonla tanış olur. Brian dərhal bu tələbənin istedadını və perspektivini görür və ona "Yahoo"da iş təklif edir.
Bir müddət sonra "Yahoo"da çətinliklər yaranır və Aktonla Kum oranı tərk edir. Kum "Facebook"da işə düzəlmək qərarına gəlir, amma ona rədd cavabı verilir. Şirkətin qurucusu Mark Zuckerberg tezliklə bu qərardan peşman olur.
"Skype"dan ilham alan dostlar, eyni şeyi SMS-lə edə biləcəkləri bir tətbiq yaradırlar. Bunun adı hazırda istifadə etdiyimiz "WhatsApp"dır.
Yan "WhatsApp"ı 2014-cü ildə bir vaxtlar işə götürlmədiyi "Facebook"a 14 milyard dollara satıb. Bu razılaşma Kumu bir gecədə milyarderə çevirdi. İndi sərvəti 8,8 milyarddır, "Forbes"in reytinqində 50-ci yerdədir.
Fins.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man