Avtomobil katalizatorundan narkotik düzəltdilər

Maraqlı 05 Oktyabr 2021 | 13:03
OXUNUB: 675

Konqo sakinləri "bomba" adını almış narkotik maddəni hazırlamaq üçün katalitik çeviricilərdən istifadə etməyə başlayıblar. Polis cinayətkarların katalizatorların keramika pətəklərini üyüdüb sakitləşdirici və hipnotiklərlə qarışdırdıqlarını bildirir. Konqonun paytaxtı Kinşasa şəhərində təkcə son bir ayda avtomobillərdən katalizator oğurlayaraq narkotik maddə hazırlamaqla məşğul olan 100-dən çox adam saxlanılıb.

Reuters agentliyinin məlumatına görə, katalizatorlardan alınan narkotik maddə qəbul edildikdən sonra ağır apatiyaya səbəb olur – onun təsiri altında olan insan saatlarla ayaq üstə dayanır və ya yırğalanır, bundan sonra isə bir neçə günlük uzun yuxuya gedir.

 

Maddənin tərkibindəki keramika pətəyinin rolu aydın deyil - bu tozun maddənin təsirini ləngitdiyi güman olunur. Bu və ya digər şəkildə, polis katalizator oğurluqlarının sayının bir neçə dəfə artdığını söyləyir - katalitik çeviricilərdə olan metalların xərçəngə səbəb ola bilməsi ilə belə narkomanların qarşısı alınmır.

Kinşasalı mexanik Tresore Kadoqo hər gün təxminən on müştərinin eyni problemlə ona müraciət etdiyini qeyd edib - müraciət edənlər avtomobillərinin katalizatorlarının kəsilərək çıxarıldığını bildiriblər.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man