Ali məktəblərin ətrafında nəqliyyat xaosu yaşanır- Universitetlərin avtodayanacaqları niyə yoxdur? - VİDEO

Maraqlı 01 Oktyabr 2021 | 23:43
OXUNUB: 1167

Dərslərin başlaması ilə universitetlərin yanında parkinq problemi yenidən gündəmdədir. Deməli, paytaxt Bakıda elə universitetlər var ki, 10-15 mindən yuxarı tələbəsi, eləcə də yüzlərlə müəllimi və digər əməkdaşları var. Ancaq bu qədər böyük kollektiv üçün avtomobil saxlamağa normal dayanacaq yoxdur. Nəticədə universitetlərin ətrafında sıxlıq yaranır. Bəs bu problem əslində necə həllini tapmalıdır? 

Paytaxt Bakıda tələbələr təhsil aldıqları universitetlərin ətrafında avtodayanacağın olmamasından şikayət edirlər. Bu kadrlar Bakı Dövlət Universitetinin yanında lentə alınıb.

Onlar deyirlər ki, sırf avtodayanacağın olmaması səbəbindən universitetə şəxsi avtomobilləri ilə gələn tələbələr dərslərə gecikirlər. Bu problem nəinki tələbələri, eləcə də müəllimləri və ətrafda taksi xidməti göstərən sürücüləri də narahat edir.

Universitet ətrafında qanunsuz olaraq parklanma pulu alanların peyda olması da başqa bir problem kimi tələbələri narahat edir. 

Tələbələr xüsusi parklanma yerlərinin olmasını təklif edirlər. 

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, universitetlər üçün bina ayrılarkən nəqliyyat problemlərinin həlli də öncədən konsepsiyaya daxil edilməlidir. 

Paytaxtdakı minlərlə tələbəsi olan universitet binalarının əksəriyyəti sovet vaxtı tikildiyindən onlar müasir universitet şəhərciyi standartlarına cavab vermir və parkinq probleminin kökündə də məhz bu amil dayanır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man