Qarabağın dirçəlişində sənin də töhfən olsun - FOTOLAR

Maraqlı 23 Sentyabr 2021 | 16:12
OXUNUB: 400

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu.

Lakin torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağda dağıntıların miqyasının nə qədər böyük olması faktı da üzə çıxdı.

Bərpa işlərinin uğurla və daha qısa zaman ərzində həyata keçirilməsi üçün dövlətin resursları ilə yanaşı cəmiyyətimizin və diasporumuzun səylərininin də birləşdirilməsi çox vacibdir.

Məbləğindən asılı olmayaraq, artıq hər birimiz Qarabağ üçün ianə edib işğaldan azad olunan ərazilərimizin dirçəlişinə öz töhfəmizi verə bilərik.

Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun #KarabakhChallenge kampaniyasına qoşularaq ianə etmək kifaytətdir.

Kampaniyaya qoşulanlar dostlarını da dəvət etmək üçün, sosial şəbəkələrdə öz qısa video müraciətlərini paylaşa bilərlər.

Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərdən istifadə etmək vacibdir.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun rəsmi saytında ianə edən hər kəsə xüsusi “İanə sertifikatı” da təqdim edilir.

Kampaniyaya qoşulan həmvətənlərimiz, bu Sertifikatı da sosial şəbəkələrdə paylaşa bilər.               

Kampaniyaya qoşulmaq üçün:

1.   QDF-in rəsmi saytında //qdf.gov.az/iane-et/ bölməsinə daxil olursunuz;

 

2.   Məbləği seçməklə Fonda ianə edirsiniz;

* Bu mərhələdə ianə məbləğinin Sertifikatda göstərilib-göstərilməməsi ilə bağlı seçimi edə bilərsiniz.

 

3.   İanə uğurla köçürüləndən sonra, “İanə sertifikatını əldə et” düyməsini seçib, xüsusi Sertifikatınızı əldə edirsiniz.

 

4.   Həmin Sertifikatı qısa video müraciət ilə birlikdə sosial şəbəkələrdə (Facebook, Instagram, Twitter və s.) paylaşırsınız.

 

* Paylaşım edərkən #KarabakhChallenge və #QarabağÜçünİanəEt heşteqlərindən istifadə etməyi unutmayın.

İanə Sertifikatının alınması haqqında video təlimat:

//www.youtube.com/watch?v=bz4jv_ciO2Q

Xüsusi qeyd: Seritifikatın üzərində əks olunan unikal QR kodu skan edərək, onun əsilliyini yoxlamaq mümkündür.

Öncədən hər birinizə bu kampaniyanın iştirakçısına çevrildiyiniz üçün təşəkkür edirik!

Gəlin, Qarabağı birlikdə DAHA TEZ bərpa edək!

 

 



 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man