Kosmosun çirklənməsinin təbii mənbəyi məlum oldu

Maraqlı 03 Sentyabr 2021 | 13:48
OXUNUB: 684

Astronomlar qalaktikaların mövcud olduqları mühiti çirkləndirdiyini müəyyən ediblər. Bu barədə elmi məqalə “The Astronomical Journal Letters” jurnalında dərc olunub.

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından (ŞAR) bildiriblər ki, Aleks Kameron və Din Fişerin rəhbərlik etdiyi astronomlar qrupu Havay adalarında yerləşən Kek Rəsədxanasında ARC (Australian Research Council) tərəfindən maliyyələşdirilən ASTRO 3D layihəsi çərçivəsində qalaktikaların təsvirlərin alınması üçün yeni sistem tətbiq ediblər. Layihənin məqsədi qalaktikalara axan maddənin, qalaktikanı tərk edən maddədən daha təmiz olması fərziyyəsini təsdiq etmək idi.

Nəhəng qaz buludları qalaktikalar tərəfindən cəzb edilir və ulduz əmələ gəlməsi prosesində istifadə olunur. Bu zaman qalaktikaya istiqamətlənmiş qaz buludu hidrogen və heliumdan ibarət olur. Alimlər “Keck Cosmic Web Imager” adlı yeni cihazdan istifadə edərək təsdiq etdilər ki, bu qazdan yaranmış ulduzlar əsasən ifratyeni partlayışı ilə böyük miqdarda materialı geri atırlar, lakin qalaktikadan atılan material artıq saf olmur, onun tərkibi bir çox digər elementlərdən - oksigen, karbon və dəmirdən ibarət olur.

Qazların qalaktikalar tərəfindən cəzb olunması prosesi akresiya, onların qalaktikadan atılması prosesinə isə “maddə axını” deyilir. Hər iki proses də qalaktikaların böyüməsini, kütləsini və ölçüsünü tənzimləyən vacib mexanizmlərdir. Ancaq indiyə qədər cəzb olunan və atılan maddələrin tərkibi haqqında sadəcə müəyyən fərziyyələr var idi. Ancaq tədqiqatçılar Mrk 1486 qalaktikasının müşahidəsi sayəsində cəzb olunan və atılan qazların tərkibi haqqında daha dəqiq məlumatlar əldə edə biliblər.

Qeyd edək ki, Mrk 1486 qalaktikası Günəşdən təxminən 500 milyon işıq ili məsafədədir və çox sürətli ulduz əmələ gəlməsi dövrünü yaşayır. Bu qalaktika ondakı qazın miqdarını və tərkibini tədqiq etmək üçün əlverişli baxış bucağı altında yerləşir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man