Türkiyədə beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahları - FOTO

Maraqlı 18 Avqust 2021 | 14:37
OXUNUB: 2122

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.

Report xəbər verir ki, 50-dən çox ölkə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycana məxsus yerli istehsal nümunələri olan müasir texnologiyalara aid müxtəlif növ silah-sursat nümayiş olunur.

Xarici nümayəndələr tərəfindən yüksək qiymətləndirilən Azərbaycan müdafiə sənayesi məhsulları, digər xarici şirkətlərin rəhbərlikləri tərəfindən əməkdaşlıq təkliflərinin əsas mövzusu olub.

Qeyd edək ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Xatırladaq ki, sərgi avqustun 17-20-də İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man