ABŞ-ın 100 yaşlı sakini dünyanın ən qoca ağır atleti olub - VİDEO - FOTO

Maraqlı 09 Avqust 2021 | 08:39
OXUNUB: 595

ABŞ-ın Florida ştatının sakini, 100 yaşlı Edit Murvey-Treyn dünyada ən qoca ağır atlet kimi yeni rekorda imza atıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Ginnesin “Rekordlar” kitabının təşkilatçıları bildiriblər.

Qeyd edilir ki, o, ştanq qaldırmağa cəmi 9 il əvvəl başlayıb.

Təqaüdçü qadın 18-68 kiloqramlıq ştanqları qaldıraraq, pauerliftinq üzrə yarışlarda çıxış edir.

"Düşünürdük ki, o, ola bilsin, ən yaşlı idmançılardan biridir, ancaq bizə Murvey-Treynin rekorda imza atdığını deyəndə şoka düşdük. Ailəmiz anamızın rekorda imza atması və Ginnesin “Rekordlar” kitabının ona bu şərəfi bəxş etməsi ilə fəxr edir", - deyə ağır atletin qızı Xanna deyib.

Edit keçmişdə yerli mərkəzdə rəqslər üzrə müəllimə işləyib.

Yüz yaşlı qadın təkcə ana və nənə deyil, onun nəticələri və kötücələri də var.

Hərçənd qadın pandemiyaya görə müvəqqəti olaraq məşqləri dayandırmalı olub, lakin o, tezliklə yarışlarda yenidən iştirak etmək üçün idman zalına və məşqçisi ilə təlimlərə qayıdışını xüsusi səbirsizliklə gözləyir. 2019-cu ildə son yarışı zamanı Edit 98 yaş 94 günlük idi.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man