Dünya təcrübəsinə gəlincə, həqiqətən bir sıra ölkələrdə bu təcrübədən müxtəlif formatlarda istifadə olunur. Məsələn, qadınlar üçün ayrı vaqonlar təcrübəsi Yaponiyanın paytaxtı Tokioda və digər iri şəhərlərin metrolarında 2000-ci ildən tətbiq olunur. Amma kişilərin “qadın vaqonları”na minməsinə qoyulan qadağa bütün gün ərzində deyil, pik saatlarda, xüsusilə səhər saat 7-9 arası qüvvədə olur. Bu vaqonlara qadınlarla bərabər uşaqların da minməsinə icazə verilir.
Qadınlar üçün ayrı vaqonlar təcrübəsi Yaponiya ilə eyni vaxtda Meksikanın paytaxtı Mexikoda da tətbiq olunur. Mexiko metrosunda “qadın vaqonları” çəhrayı rəngə boyanıb. 2008-ci ildən Mexikoda “çəhrayı avtobus” və “çəhrayı taksi”lər də işə salınıb.
2007-ci ildən Misir Ərəb Respublikasının paytaxtı Qahirədə də oxşar təcrübədən istifadə olunur. Amma aradan xeyli müddət keçməsinə baxmayaraq sözügedən metod bu şəhərdə özünü tam doğrultmayıb. Səbəb kişilərin qaydalara əməl etməməsi, həmçinin bu vaqonlarda qadınlara aid məhsulların satışına cəhd olunmasıdır. Bundan başqa Misir ictimai nəqliyyatında istər vaqon, istərsə də avtobus salonları iki hissəyə bölünür. Qadınlar əsasən ön hissədəki oturacaqlarda otururlar.
İndoneziyada “qadınlar üçün vaqon” təcrübəsi 2012-ci ildə tətbiq edilib. Qadınlar üçün qatarın birinci və sonuncu vaqonları ayrılıb və həmin vaqonlar narıncı və çəhrayı rənglə rənglənib. Amma İndoneziya hökumətinin bu cəhdi cəmi 7 ay davam gətirə bilib. Belə ki, digər vaqonlarda həddindən artıq sıxlıq olduğundan sərinişinlər qadınların mindiyi vaqonlara keçməli olublar. Bu səbəbdən də İndoneziyada “qadın vaqonları” ləğv edilib. Bununla belə hökumət qatar marşrutlarının sayı artdıqdan sonra bu təcrübəni yenidən tətbiq etməyi planlaşdırır.
Tailanda isə bu metodun tətbiqinə 2014-cü ildə bir qız uşağı təcazvüz edilib öldürüldükdən sonra start verilib. Ölkə daxilində vacib 3 qatar marşrutunda tətbiq edilən metod, xüsusilə gecə səfərlərində effektli olub. Tailandda “qadın vaqonları” tünd çəhrayı və bənövşəyi rəngli pərdələrlə fərləndirilir.
Qadınlar üçün ayrıca vaqon təcrübəsi tədbiq olunan ölkələrdən biri də Braziliyadır. Rio de Janeyro metrosunda və şəhərətrafı qatarlarda 2006-cı ildən tətbiq olunan metodun birmənalı şəkildə uğurlu olduğunu demək mümkün deyil. Səbəb kişilərin qaydaları pozması, tez-tez davaların düşməsidir. Buna görə də prosesə pik saatlarda silahlı mühafizəçilər nəzarət edir. Bununla belə Braziliyada qadınların bir hissısi ümumi vaqonlardan istifadə edirlər. Yeri gəlmişkən, Braziliayada qadınlar üçün avtobuslar da ayrılıb.
Hindistanın da artıq daxili dəmir yollarında “qadınlar üçün" yazısı olan vaqonlar nadir hadisə sayılmır. Qadınlar üçün ayrı vaqon təcrübəsindən Hindistanın Dehli, Mumbai (Bombey -əvvəlki adı), Kəlküttə və Cenaii (Mədrəs - əvvəlki adı) şəhərlərində istifadə edilir. Metod polislərin nəzarəti ilə icra olunur, qaydanı pozanlar cərimələnir. Hindistnda son illərdə “çəhrayı taksilər”in də fəaliyyətinə start verilib.
İranın paytaxtı Tehranda metronun son vaqonları qadınlar üçün ayrılır və bu yenilik problemsiz tətbiq edilir. 2006-cı ildən Tehranda “çəhrayı avtobuslar” da istifadə olunur.
Yeri gəlmişkən, 2012-2014-cü illərdə Türkiyədə qadınlar üçün avtobus təcrübəsinin tətbiqi günədmə gətirilsə də bu istiqamətə konkret addım atılmayıb. Yalnız Şanlıurfa şəhərində bir qız tələbənin qətlə yetirilməsindən sonra tələbə yataqxanası ilə universitet arasında qızlar üçün avtobus istismara verilib.
Böyük Britaniyanın paytaxtı Londonda da bu yeniliyin tətbiqi ilə bağlı zaman-zaman müzakirələr aparılır. Amma London ictimai nəqliyyatına cavabdeh Transport for London şirkətindən bildikrilib ki, perspektivdə belə bir metodun tətbiqi ilə bağlı plan yoxdur.
Yeri gəlmişkən, qadınlar üçün ayrıca vaqon və avtobusların ayrılmadığı bir sıra ölkələrdə isə sürücüsü də qadın olan “çəhrayı taksi” xidmətləri geniş yayılıb. Bu ölkələrin sırasında Malayziya, Avstraliya, Yeni Zelandiya, Kanada, Pakistan, Türkiyə və digər ölkələr var.
Qadınlar üçün ayrıca vaqon, avtobus təcrübəsinin effektli olub-olmamasına gəlincə, bununla bağlı Thomson Reuters Fondu dünyanın 5 böyük şəhərində - Tokio, London, Nyu-York, Qahirə və Mexikoda sorğu keçirib. Tokio sakinlərinin 70 faizi qatar və avtobuslarda qadınlar üçün ayrıca zonaların olmasını dəstəkləyiblər. Məsələ burasındadır ki, Tokioda təcavüz hadisələrindən 2/3-si qatar və stansiyalarda baş verir. Bu mənada qadınlar ayrı vaqon və avtobuslarda hərəkət etməyə üstünlük verirlər. Qahirə və Mexikoda da qadınların müvafiq olaraq 60 və 55 faizi bu metodu dəstəklədirklərini bildiriblər. Sorğuda iştirak edən Nyu-York və London sakinlərinin isə yalnız 30 faizi ayrı nəqliyyatın tərəfdarı olduğunu bildirib. Onlar səyahətin müddəti və qiymətinin onlar üçün təhlükəsizlikdən daha vacib olduğunu deyiblər.
Saxta.info sadalanan faktlara əsaslanaraq bu qənaətə gəlib ki, rusiyalı siyasətçinin “ictimai nəqliyyatın “ümumi” və “qadın”lar üçün bölünməsi praktikası dünyada geniş yayılıb” fikri reallığı əks etdirir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man