Uzun yol sürücüləri sosial şəbəkələrdə maraqlı bir çeleng başladıb. Yük maşını ilə çay dəmləyən bu axını ilk olaraq hollandiyalı Johan Groteboer başladıb. Avtosfer.az bildirir ki, çeleng iştirakçıları böyük yük maşınının yan işarə lampasına bir çay paketi asır. Yolda konusun üzərində yerləşdirilən bir stəkan qaynar suya çatana qədər yük avtomobili geriyə doğru hərəkət edir. Bu zaman sürücü yük avtomobilini heç bir şəklildə konusa toxundurmamalıdır. Bu çelengdə millimetrlik bir səhv işin uğursuz alınmasına səbəb ola bilir. Çay paketi konusdakı stəkana çatanda sürücü dayanır və avtomobilin təkərlərini endirərək çayı suya batırır.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man