Sürücü avtomobil idarə edərkən huşunu itirdi– yoldakılar onu ayıltmağa çalışdı

Maraqlı 02 Avqust 2021 | 10:00
OXUNUB: 623

Orta yaşlı sürücü maşın hərəkətdə olarkən huşunu itirib. Yanından keçən avtomobillərin sürücüləri onu ayıltmaq üçün əllərindən gələni ediblər. Onlar sürücünün avtomobilini yolun ortasında dayandırmağı bacarıb.  Avtosfer.az bildirir ki, hadisə xarici ölkələrin birində yaşanıb. Magistral yolda hərəkət zamanı sürücülər önlərindəki avotmobilin qeyri-adekvat sürüdüyünü görüb etiraz etmək istəyəndə bir anda avtomobili idarə edənin halının pis olduğunu anlayıblar. Bir neçə sürücü avtomobilindən enərək onun hərəkəti dayandırmasına nail olub. Huşunu itirən sürücü isə pəncərəni ya qapını aça bilməyib. İnsanlar onun həyatını xilas etmək üçün pəncərəsini sındırmağa çalışıb. Sonda yoldakılardan biri arxa şüşəni sındıraraq avtomobilin salonuna daxil olub və sürücünün qapısını açıb. Yavaş-yavaş özünə gələməyə başlayan sürücü isə olanları xatırlamadığını bildirib. Təcili yardım gələnə qədər qayğıkeş insanlardan bir neçəsi onun yanında gözləyib. 

 

Aysel

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man