Mikayıl Cabbarova təyyarədə “Qarabağ” forması təqdim olundu  - FOTO

Maraqlı 30 İyul 2021 | 15:58
OXUNUB: 490

İqtisadiyyat naziri Mikayıl Cabbarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov və İctimai Televiziyanın Baş direktoru Balakişi Qasımov “Qarabağ”ın İsrailin Aşdod şəhərində Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçirdiyi görüşü izləyib.

Avtosfer.az xəbər verir ki, təyyarədə olarkən nazirə klub tərəfindən forma təqdim olunub.

Orxan Məmmədov oyundan sonra paylaşım edib:

“Qarabağ” FK-nın ölkəmizi Avropada qrup mərhələsində yenə təmsil edəcəyinə ümid edirik. İsraildə səfərdə olan rəsmi nümayəndə heyəti olaraq “Aşdod”la oyunu izləməyə fürsətimiz oldu. “Qarabağ” kollektivini növbəti mərhələyə çıxması münasibəti ilə təbrik edirəm!”

Qeyd edək ki, Mikayıl Cabbarov İsraildə rəhbəri olduğu “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə İsrailin “OurCrowd” şirkəti arasında Anlaşma Memorandumu imzalayıb. Həmçinin bu şəxslər Təl-Əvivdə Azərbaycan Respublikasının Ticarət və Turizm Nümayəndəliklərinin açılışında iştirak ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man