“Tesla”nın elektrikli avtomobillərinin yeməli olduğu ortaya çıxıb

Maraqlı 15 İyul 2021 | 12:12
OXUNUB: 528

Manhattanda “Tesla Model 3” elektrikli avtomobilinin sahibi siçovulların qurbanı olub. Siçovullar kondisioneri sökərək avtomobilindəki naqilləri yeyib. Avtosfer.az bildirir ki, sürücü bu problemə görə “Tesla” mərkəzi ilə əlaqə saxlayıb. Lakin mütəxəssislər  problemi zəmanət xidmətilə qarşılamaqdan imtina edib. Belə ki, elektrikli avtomobilə baxış zamanı oradan ölü bir siçovul tapılıb və bu da problemə səbəb olub.
Buna səbəb isə elektrikli nəqliyyat vasitəsinin naqilləri neft məhsullarından deyil, işlənmiş soyadan hazırlanır ona görə də bu gəmiriciləri cəlb edib. 
Tesla nümayəndələri problemi öz hesablarına həll etməkdən imtina ediblər. Onlar bildirib ki, kabelləri izolyasiya etmək üçün soya istifadəsi bir istehsalat qüsuru deyil.
Qəzəblənən “Tesla” sahibi zədələnmiş naqilləri bərpa etmək üçün təqribən 5000 dollar xərcləməli olub.

 

Aysel
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man