London polisi rekord məbləğdə kriptovalyuta müsadirə edib

Maraqlı 13 İyul 2021 | 19:15
OXUNUB: 878

Araşdırma kriminal qruplara məxsus yüz milyonlarla dollar dəyərində pulun izinə çıxıb.
London polisi Böyük Britaniya tarixində rekord məbləğdə kriptovalyutanı müsadirə edib.

Rəsmilərin bugünkü açıqlamasına görə, dəyəri təxminən 180 milyon funt-sterlinq (249 milyon dollar) olan vəsaitin mənbəyi ötən həftənin şənbə günü tapılıb.

Daxil olan məlumat əsasında iyunun 24-də çirkli pulların yuyulması üzrə cinayətkar qruplaşmaya qarşı əməliyyata başlanılıb. İlk olaraq həbs edilən 39 yaşlı qadın İqtisadi cinayətkarlıqla mübarizə İdarəsində dindirilib və onun ifadələri nəticəsində daha iri maliyyə vəsaitinin izinə düşmək mümkün olub.

London polisinin rəsmiləri müsadirə olunan kriptovalyuta partiyasının Britaniyada indiyə qədərki ən böyük rəqəmsal vəsait və dünyada da ən iri partiyalardan olduğunu bildirir.

Xatırladaq ki, iyun ayının sonunda keçirilən başqa bir əməliyyatda polis 114 milyon funtluq daha bir kriptovalyuta mənbəyini müsadirə edib./marja

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man