Cəsarətli sərnişin təyyarədəkiləri boğulmaqdan xilas etdi  - VİDEO

Maraqlı 11 İyul 2021 | 12:15
OXUNUB: 1011

Moskva – Antalya reysi ilə uçmalı olan təyyarədə yaranmış texniki nasazlıq sərnişinləri ciddi narahatlığına səbəb olub.

Bu barədə görüntüləri “Mash” “Telegram” kanalı yayımlayıb.

Bildirilib ki, sözügedən reys üzrə səfərə hazırlaşan təyyarənin kondisioner sistemi sıradan çıxıb və uçuş təxirə salınıb. Bununla belə, xəta aradan qaldırılana qədər sərnişinləri təyyarənin göyərtəsindən təxliyyə etməyiblər.

İki saata yaxın qapalı vəziyyətdə qalan insanların səhhətində problemlər yaşanıb. Onlardan bəziləri istiyə dözməyərək huşlarını itiriblər.

Lakin mövcud vəziyyətlə barışmaq istəməyən sərnişinlərdən biri qəhrəmanlıq etmək qərarına gəlib. O, təyyarənin qəza çıxış lyukunu açaraq insanların hava almasına şərait yaradıb.

Hələlik, həmin sərnişinin bu qəhrəmanlığının hansı nəticə verməsi ilə bağlı məlumat yoxdur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man