“Forbes”in təqdim etdiyi siyahıda ilk yeri Çelyabinsk vilayəti qanunverici məclisinin deputatı Konstantin Strukov tutur. 2020-ci ildə onun ailəsinin gəliri 8.6 milyard rubldan çox olub.
Strukov “Yujuralzoloto” qızıl mədəni şirkətinin prezidentidir. O, jurnalın əvvəlki reytinqində 5.1 milyard rubl gəlirlə üçüncü yeri tutmuşdu. Millət vəkilinin sərvəti 2020-ci ildə tarixi maksimumu keçən qızıl qiymətlərinin bahalaşması səbəbindən artıb.
Siyahının ikinci yerində əvvəlki ildə olduğu kimi, Kamçatka vilayətinin qanunverici məclisinin deputatı, “Okeanrybflot” balıq ovu şirkətinin ortaq sahibi İqor Yevtuşok durur. Ailənin gəliri ötən il 7,7 milyard rubl təşkil edib.
“Forbes” reytinqinin üçüncüsü keçən ilin lideri, Saxalin regional dumasının deputatı Dmitri Paşovdur. Onun sərvəti bir qədər artaraq 6,3 milyard rubla çatıb. Paşov “Moneron” xərçəng tutma şirkətinin sahibidir. O, fevral ayında gömrük rüsumlarından yayınmaq ittihamı ilə saxlanılmışdı.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man