İngiltərədə bloggerlər test sürüşü üçün təzə “Lada Niva Legend”i sınaqdan keçirmək qərarına gəliblər. “Niva” həm qurunu, həm də suyu məharətlə keçsə də, bu bloggerləri qane etməyib.
Avtosfer.az bildirir ki, ingilis blogger dərin göldən keçməyə çalışarkən onu suda batırıb. Nəticədə sürücü arxa qapıdan düşməli olub. Köməyə çağrılan “Land Rover”in sürücüsü “Niva Legend”-i dartıb çıxara bilib. Bundan sonra bloggerlər avtomobildəki suyu boşaldaraq onu işə sala bilib. “Lada Niva Legend” britaniyalıların sınağından yaxşı çıxa bilib.
Qeyd edək ki, “Niva” 83 at gücündə 1,7 litrlik benzin mühərriki, 5 pilləli mexaniki sürət qutusu, daimi tam ötürücülü və mərkəzi diferensial kilidlə təchiz olunub.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man