Yol polisinin yazdığı protokolla razılaşmayan sürücü onu yeyib. Avtosfer.az bildirir ki, bu maraqlı hadisə Bryanskda baş verib. Vəziyyət gülüş doğursa da, günahkar tərəf aldığı cəzadan sonra heç də gülə bilməyib. Belə ki, 35 yaşlı sürücü sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün tərtib edilən protokolla razılaşmayıb və onu məhkəmə işçilərinin gözü önündə yeyib. Hakim isə bu hərəkətilə “ədalət mühakiməsinin həyata keçirilməsinə mane olduğunu” üçün sürücü barəsində cinayət işi başladıb.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 294-cü maddəsinə əsasən, müttəhimin hərəkətindən peşman olması nəzərə alınaraq, 30.000 rubl (700 AZN) məbləğində cərimə olunub.
Aysel
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man