“Ölüm yolu”nun səyahətçiləri- dünyanın ən təhlükəli avtomobil yolu - FOTO - VİDEO

Maraqlı 22 İyun 2021 | 20:40
OXUNUB: 1336

Dəhşətli ləqəbi ilə tanınan “Ölüm Yolu” və ya Ruta de la Muerte, Boliviyadakı Coroico və La Pazı birləşdirən Old Yungas yolunun şimal hissəsində yerləşir.

Avtosfer.az xəbər verir ki, Amerikalararası İnkişaf Bankı tərəfindən “dünyanın ən təhlükəli yolu” kimi seçilən bu yol, o zamandan öz statusunu qoruyub saxlayıb. Adından da bəlli olduğu kimi bu yolda hər il 250-300 turist həlak olur. Hətta bu yolda ölənlərin bəzilərinin cənazələri elə oradaca dəfn olunub. 90-cı illərə qədər alternativi olmayan və keçilməsi zəruri olan bu yola sonradan alternativ yol inşa edilsə də hazırda yalnız macəra axtaran sürücülər tərəfindən istifadə edilir. Dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşən yolun uzunluğu 70km-dir. Ölüm vadisinin əksər hissəsi çəmən və otdan ibarətdir. Təxminən 20km isə asfaltla örtülüdür. Eni 3,2 metr olan bu yolda sürücülərin tam mənasıyla gözlərini dörd açmaları zəruridir.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man