Hindistanda "qara kif"ə yoluxanların qorxulu görüntüləri - FOTO

Maraqlı 20 İyun 2021 | 21:26
OXUNUB: 1514

İkinci ildir ki, dünyada koronavirus tüğyan edir, insanları bu dünyadan aparır və getdikcə virus daha çox mutasiya edir. Bu dəhşətli xəstəlikdən ölənlərin sayı artıq 3,77 milyon nəfərə çatıb.

Ancaq bu bədbəxtliyə yenisi əlavə edilib - Hindistandakı “qara kif”.

Lent.az xarici mediaya istinadla bildirir ki, sosial şəbəkələrdə bu kədərli hadisələri əks etdirən yeni qorxulu kadrlar görünür.

 

“Qara kif” nadir bir aqressiv göbələk infeksiyasıdır.

Bu xəstəliyin yayılması dünyada koronavirus infeksiyasına yoluxma sayında ikinci yerdə olan Hindistanda müşahidə olunur. Ölkədə “qara kif”ə yoluxanların sayı sürətlə artır və artıq 31 min nəfəri keçib. Ölənlərin sayı isə 2109 nəfərdir. 

Bu virus qana qarışaraq bütün orqanizmə, xüsusən beyinə, ağciyərlərə, burun içinə və gözlərə zərər verir. Baş ağrısı, gözlərdə şişkinlik, üzün təktərəfli şişməsi, burun içi və üzdə qaralıqlar, qusma, qanlı öksürək, yüksək temperatur, nəfəs darlığı, sinə ağrısı, yaddaş bulanıqlığı xəstəliyin əlaməti hesab olunur.

Müalicəsi mümkün olsa da, Hindistanda hazırda zəruri dərmanların çatışmazlığı səbəbindən ciddi problem yaranıb.
 
Yayılan videolardan birində “qara kif”ə yoluxan xəstələrdən biri zəruri yardım ala bilmədiyindən ağlayır.
 
Orqanları zədələyən, korluğa və hətta ölümə səbəb ola bilən bir infeksiya diabetli insanlar və immun çatışmazlığı olan xəstələr üçün xüsusilə təhlükəlidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man