Avtomobilinizi yayda hansı təhlükələr gözləyir

Maraqlı 09 İyun 2021 | 15:45
OXUNUB: 841

Qar və buzun avtomobil üçün böyük problem olduğunu düşünürsünüzsə, deməli yanılırsız. Əslində avtomobilin gövdəsi üçün yayda daha çox problemlər ortaya çıxır.
Avtosfer.az bildirir ki, isti aylarda elə ən birinci problemlərdən biri asfalt yeniləmədir. İstidə yola yeni tökülmüş bitonun üzərinə çıxsaz onu maşından təmizləmək çox çətin olur.
Bundan əlavə, yazda və yazda ağacların ixrac etdiyi yapışqan qatranı avtomobilin gövdəsindən su ilə təmizləmək demək olar ki, qeyri mümkündür. Əsasən də kavak, cökə, ağcaqayın qönçələrindən gələn izlər güclü bir dağıdıcı təsirə malikdir. Buna görə onlardan ən qısa müddətdə qurtulmaq lazımdır. 
Avtomobil boyası üçün ciddi təhlükələrdən biri də quş nəcisidir. Quş nəcisinin kimyəvi tərkibi o qədər aqressivdir ki, boyanı məhv edə bilir və bu problem aradan qaldırılsa da, avtomobildə gözə çarpan ləkələr qalmağa davam edir.
Quşlardan əlavə həşəratların da: arıların, böcəklərin və maşının üzərində ölən milçəklərin üzvi turşuları lakın içinə möhkəm yeyilir - xüsusən də günəş altında.
Bu sadalanan ləkələrdən heç birinin sürücülər tərəfindən təmizlənməsi məsləhət görülmür. Bəzi insanlar benzin, aseton, ammonyak və digər vasitələrlə bu ləkələri təmizləməyə çalışırlar, lakin xatırladaq ki, bu vasitələrin boyaya zərər vermək riski böyükdür. 


 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man