Şinlərin üzərində niyə balaca rezin tüklər olur?

Maraqlı 02 İyun 2021 | 22:12
OXUNUB: 21862

Fikir vermisənsə bəzi şinlərin üzərində balaca rezin tükcüklər olur.

Xüsusən də təkərlər yeni olduqda onları aydın şəkildə görmək olur.

Bəziləri düşünür ki, bunlar şinlərin istifadə müddətini göstərmək üçündür. Digərləri iddia edir ki, tükcüklər qış təkərlərini yay təkərlərindən fərqləndirir və qarlı havada daha rahat sürməyə şərait yaradır. Elə insanlar da var ki, bu tükcüklərin rezinin keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə işarə etdiyini fikirləşir.

Bunların hamısı yanlışdır. Bir sözlə, həmin tükcüklər heç bir funksiya daşımır. Onlar şinlərin vulkanizasiyası zamanı peyda olur.

Məsələ ondadır ki, temperatur və təzyiq altında şində olan xüsusi dəliklərdən çıxsan rezin qatqısının artıq hissəsi soyuyaraq tük forması alır. Bu qədər sadə.

Hesab edilir ki, onlar şinin yüksək keyfiyyətli olmasının göstəricisidir. Çünki əgər tüklər varsa, deməli rezin qatqısında hava qalmayıb./gent.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man