Bakıda bir ilk: Alpinistlər uşaqların qəhrəmanına çevrildi - VİDEO

Maraqlı 01 İyun 2021 | 16:49
OXUNUB: 1726

“166 Təmizlik xidməti” uşaq sığınacaqlarında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Qəhrəman Sənsən” adlı tədbir həyata keçirdi. Xidmətin peşəkar alpinistləri məşhur filmlərdən super qəhrəmanların kostyumlarını geyinərək uşaqlara sürpriz etdilər. Belə ki, üç qəhrəman-alpinist “Betmen”, “Hörümçək adam” və “Kapitan Amerika” geyimində uşaq evlərinin damı və pəncərəsindən düşərək uşaqlara xoş bir gün bəxş etdilər. Alpinistlər daha sonra hədiyyələr təqdim edərək onların sevincinə səbəb olublar.

Qeyd edək ki, oxşar aksiyalar digər ölkələrdə də təşkil olunur. Azərbaycanda ilk dəfədir ki, bu aksiya keçirilib. “166 Təmizlik xidməti” dövlət, özəl uşaq klinikalarını, təhsil ocaqlarını və uşaq evlərini bu cür tədbirlərə açıq olmalarını və şirkətlərin təşəbbüslərini dəstəkləməyə çağırır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man