Yoxa çıxan sürücü və avtomobil 22 ildən sonra göldən tapıldı - FOTO

Maraqlı 28 May 2021 | 16:00
OXUNUB: 631

ABŞ-ın Florida ştatında hər kəsi heyrətə gətirəcək hadisə baş verib.

Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatında yaşayan Vilyam adlı şəxs 1997-ci ilin iyununda bardan çıxdıqdan sonra ondan xəbər alınmayıb. Uzun sürən axtarışlar nəticəsiz qalıb. 
Lakin Vilyamın itkin düşməsindən 22 il sonra qəribə hadisə baş verib. Belə ki, Qrand Ayls adlı bir şəxs, köhnə məhəlləsinə "Google Earth"də baxdıqda, orada yerləşən göldə, qəribə bir obyekt görüb.

Dərhal gölün ətrafında yaşayan tanışından gölü yoxlamasını xahiş edib. Bulanıq suyun dərinliyinə batmış avtomobili görə bilməyən dostlar, polisə müraciət etməyi qərara alıblar.

Polislərin həmin ərazini yoxlamasından sonra orada bir maşının olduğu dəqiqləşib və avtomobil sudan çıxarılıb. Göldən çıxarılan maşında insana məxsus bir skelet tapılıb. Daha sonra həmin skeletin Vilyam Erl Molta aid olduğu müəyyənləşdirilib.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man