İcra başçısı həyat yoldaşına yarım milyonluq maşın aldı - FOTO

Maraqlı 26 May 2021 | 16:10
OXUNUB: 752

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev icra başçılarını tənqid edərkən maraqlı faktlar açıqlayıb. Avtosfer.az AFN-ə istinadən xəbər verir ki, o, qanunsuz dövlət büdcəsini talamaq hallarının hələ də davam etdiyini vurğulayaraq, söhbət əsnasında hazırda vəzifədə olan bir neçə icra başçısının adını çəkib: “Məsələn, yeni təyinat alan gənc icra başçılarını götürək. Xaçmazın yeni icra başçısı əvvəlki başçıya rəhmət oxudur. Qubanın icra başçısı rayonda at oynadır, hər vəzifəyə bir qiymət qoyub. Yoxsa, nə oldu, Qubaya təyin olunandan 3-4 ay keçmədi ki, arvadına 500 min manatlıq avtomobil aldı? Bir şəhidin qəbrini ziyarət, bir qaziyə yardım etmir. Heç bir şəhid ailəsini qəbul edib, onları dinləmir. Görünən odur ki, hazırda ölkədə kadr çatışmazlığı var”.

Qeyd edək ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 2017-ci ildən bu vəzifədədir. Onun adı bir neçə dəfə qalmaqalda hallanıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man