Laçın sakini 30 ildən sonra xarabalıqlar arasından əl işini tapıb  - FOTO

Maraqlı 18 May 2021 | 20:30
OXUNUB: 1462

Laçın rayonunun Güləbird kənd sakini, tikinti mütəxəssisi Vüqar İmranov 30 ildən sonra öz doğma kəndinə gedib.

Avtosfer.az-ın xəbərinə görə, o, 1980-ci illərin sonlarında Güləbirddə Sarı Aşığın məzarı üzərində abidəsinin ucaldılmasında iştirak edib.

Belə ki, həmin vaxt orta məktəbdə oxuyan V.İmranovun memarlığa marağını görən heykəltəraş ona daş üzərində Sarı Aşığın kiçik portretini işləməsini tapşırıb. V.İmranov bunun öhdəsindən gəlib və onun əl işi də həmin məqbərəyə əlavə olunub.

Otuz ildən sonra işğaldan azad olunan Güləbird kəndinə ayaq basan V.İmranov dağıdılmış məqbərənin daşları arasından adını (ВУГАР) üzərinə həkk elədiyi öz əl işini tapıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man