Entoni Hopkins ən yaxşı kişi roluna görə "Oskar"a layiq görüldü

Maraqlı 26 Aprel 2021 | 10:32
OXUNUB: 769

Məşhur Britaniya aktyoru Entoni Hopkins "Oskar" mükafatının ən yaşlı sahibi olub.

Avtosfer.az xəbər verir ki, o, rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə "Ən yaxşı kişi rolu" kateqoriyası üzrə mükafata layiq görülüb.

Los-Ancelesdə ABŞ kino akademiyasının mükafatının verilməsi mərasiminin translyasiyasını ABC telekanalı aparıb.

Qeyd edək ki, bu, aktyorun həmin filmə görə ikinci mükafatıdır. Aprelin 11-də Entoni Hopkins "Ata" filmindəki roluna görə "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

"Oskar"a bu kateqoriyada həmçinin Hari Oldman ("Mank"), Riz Ahmed ("Metalın Səsi"), Stiven En ("Minari") və Çedvik Bouzman mükafata iddialı olublar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man