90 yaşlı qadın dünyanın ən yaşlı ofis meneceri elan edilib

Maraqlı 11 Aprel 2021 | 21:46
OXUNUB: 665

Ginnesin Rekordlar Kitabı 90 yaşlı yapon qadını dünyanın ən yaşlı ofis meneceri elan edib.

Həmin yaşlı qadın artıq 65 ildir bir müəssisədə çalışır. Yaşının çoxluğuna baxmayaraq, o, üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Kompüterdə işləməyi bacaran bu qadın sosial şəbəkələrdə, xüsusən smartfon vasitəsilə "Facebook"da əlaqə saxlamağı çox sevir.

Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı ofis meneceri elan edilən Yasuko Tamaki 1930-cu il mayın 15-də dünyaya gəlib. Y.Tamaki 1956-cı ildən "Sunco Industries" ticarət kampaniyasında çalışır. Yaşının çoxluğuna baxmayaraq, kompüter proqramlarını yaxşı bilir. Onun vəzifəsinə əməkhaqlarının və işçilərin bonuslarının hesablanması, həmçinin vergi hesabatının aparılması daxildir.

Rekordçu qadının adi qaydada: həftədə beş gün yeddi saat yarım çalışdığı bildirilir. Ginnesin Rekordlar Kitabının təqdim olunması mərasimində isə o, hələ təqaüdə getməyə hazırlaşmadığını da deyib. (AZƏRTAC)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man