18 yaşında 3.3 milyarda sahibdir

Maraqlı 08 Aprel 2021 | 20:19
OXUNUB: 515

18 yaşlı Kevid David Lehmann, 3.3 milyard dollarlıq sərvəti ilə "Forbes" tərəfindən yayımlanan milyarderlər siyahısında yer alıb.

Lehmannın gənc yaşda bu qədər sərvətə sahib olmasının səbəbi atası Quender Lehmannın "Dm-drogerie markt" aptek şəbəkəsini oğluna  təhvil verməsidir.

Bildirək ki, "Dm-drogerie markt" Almaniyanın aparıcı aptek şəbəkələrindən biridir. 1974-cü ildə qurulan şirkətin veb saytındakı məlumatlara görə, şirkətin Almaniya daxilində 2000-dən çox mağazası və  41 mindən çox işçisi var.

Forbes xəbər verir ki, nə Lehmann, nə də atası şirkətdə fəal iştirak edir. Hər ikisi haqqında ictimaiyyətə çox az şey məlumdur.

Qeyd edək ki, "Forbes" siyahısına görə hazırda dünyada 2 755 milyarder var. Bu rəqəm indiyə qədər açıqlanan ən yüksək göstəricidir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man