Xokkey matçında baş hakimin 7 dişi qırıldı - VİDEO

Maraqlı 05 Aprel 2021 | 18:36
OXUNUB: 501

Buzüstü xokkey üzrə Finlandiya çempionatının HPK - "Yukurit" matçında (3:1) xoşagəlməz hadisə baş verib.

Oyunun hakimi Yukka-Pekka Koystinen kuryoz hadisə nəticəsində xəsarət alıb.

Qonaq komandanın qolkiperi Sami Rayaniyeminin "seyv"indən sonra şayba referinin sifətinə dəyib. Nəticədə onun 7 dişi qırılıb. Oyunu davam etdirə bilməyən hakim meydanı tərk edib.

Hadisə ilə bağlı "Iltalehti" nəşrinə danışan Koystinen həmin anı bu cür xatırlayıb: "Əvvəlcə gözlərim qaraldı, sanki işıqlar söndü. Yerə yıxılsam da, huşum dərhal qayıtdı. Buzun üzərində olanda mənə elə gəldi ki, sanki bütün dişlərim ağzımdan çıxdı. Stomotoloqun sözlərinə görə, 4 dişim tam olaraq düşüb. Daha 3 dişim isə qismən zədələnib. Bundan başqa, deyəsən, üst çənəm sınıb və beyin sarsıntısı keçirmişəm".

Qeyd edək ki, 38 yaşlı Yukka-Pekka Koystinen keçmiş xokkeyçisidir. Oyunçu karyerası ərzində onun cəmi bir dişi sınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man