Fransada 8 yaşlı uşaq Birinci Dünya müharibəsi dövrünə aid partlamamış əl qumbarası tapıb.
Bu barədə “Proqres” qəzeti yazıb.
Hadisə Lion şəhəri yaxınlığındakı Tassan la Demi-Lyun kommunasında baş verib. Belə ki, uşaq bağçada qardaşları ilə oynayan zaman Birinci Dünya müharibəsi dövrünə aid partlamamış əl qumbarası aşkar edib.
İstehkamçılar qrupu hadisə yerinə gələrək silahı zərərsizləşdirmək üçün ərazidən aparıblar. Ehtimal edilir ki, qumbara əraziyə gətirilən torpağın içində olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man