Məmurların danışığını vətəndaşların anlayacağı dilə çevirən proqram hazırlandı

Maraqlı 01 Aprel 2021 | 11:31
OXUNUB: 599

Almaniyada "məmurun almancası" adlı proqram istifadəyə verilib. Proqram təminatı mürəkkəb ifadə və cümlələrlə bəzədilmiş mətnləri sıravi vətəndaşların başa düşəcəyi formaya çevirir.

Bu əsasən, məmurların çıxışları və müxtəlif qanunvericilik aktlarının izahı üçün nəzərdə tutulub. Hohenheim Universitetinin alimləri ilə Ulm şəhərindəki bir şirkətin əməkdaşlığı çərçivəsində hazırlanan proqram öncə Baden-Württemberg əyalətindəki rəsmi qurumlarda çalışanlara paylanacaq.

Proqram, həmçinin mətnləri anlaşıqlılıq dərəcəsinə görə, çətindən asana doğru 0-20 şkalası ilə qruplaşdırır. Araşdırmalara görə, siyasi elmlər sahəsində yazılan doktorluq dissertasiyası 4.3, qəzetlərdəki siyasi xəbərlər 11-14, radio xəbərləri isə 16.4 çətinlik səviyyəsindədir.

Dövlət idarələri və məktəblərdə tətbiq ediləcək proqramın maliyyə dəyəri isə təxminən 150 min avrodur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man