Dünyadakı əkizlərin sayı sürətlə artır

Maraqlı 24 Mart 2021 | 20:10
OXUNUB: 1305

Dünyada əkizlərin sayı artmaqdadır, bunların çoxu 50 il əvvələ nisbətən dünyaya gəlib.

Lent.az xəbər verir ki, “Human Reproduction” tibb jurnalında çap olunan araşdırmada elm adamları əkizlərin sayının niyə artmasının səbəbini tapıblar.

Tədqiqatçılar Afrika, Asiya, Avropa, Şimali Aerika, Okeaniya və Cənubi Amerika ölkələrinin milli statistika idarələri və səhiyyə nazirlikləri ilə əlaqə saxlayıblar.

 

1980-ci illərdən bəri qlobal əkiz doğuş nisbətinin üçdə bir artdığını, beləliklə, dünyada hər il 1,5 milyon əkiz doğulduğunu müəyyənləşdiriblər..

Tədqiqatda 165 ölkə iştirak edib ki, bu da dünya əhalisinin təxminən 99 faizi deməkdir. Mütəxəssislər 2010-2015 və 1980-1985-ci illərin göstəricilərini müqayisə ediblər. 

Qlobal miqyasda bu gün Yer üzündə doğulan hər 42-ci uşaq əkizdir. 20-ci əsrin sonunda bu göstərici iki dəfə az olub. 

Əkizlərin sayı İspaniyada, Yunanıstanda, Cənubi Koreyada, ABŞ və Fransada artıb. Bu tendensiyanın əsas səbəblərindən biri də reproduktiv tibbin inkişafıdır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man