Gəlin aparan limuzin yolda alovlara büründü - VİDEO

Maraqlı 20 Mart 2021 | 10:00
OXUNUB: 1126

İçərisində gəlin olan limuzin nikah mərasiminə gedilən yolda alovlara bürünüb.

Hadisə ABŞ-ın Las-Veqas şəhərində qeydə alınıb.

Bu barədə KTNV-TV xəbər yayıb.

Bildirilir ki, gəlinin, atasının  və qonaqların olduğu avtomobil nikah mərasiminin keçiriləcəyi kilsəyə tərəf yollanıb. Qadının sözlərinə görə, yolda o, yanıq iyi hiss edib, sonra isə sürücünün oturacağının altından tüstü çıxdığını görüb. Bundan sonra maşın saxlanılıb və hər kəs içindən düşüb.

Yanğınsöndürənlər gələnə kimi limuzin alışıb.

Hadisənin səbəbi müəyyən olunmayıb.

Gəlin və qonaqlar zərər çəkməyib və başqa maşında kilsəyə yollanıblar.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man