İsveçrədə 400-dən çox britaniyalıkarantindən qaçdı

Maraqlı 29 Dekabr 2020 | 09:30
OXUNUB: 677

Böyük Britaniyadan İsveçrənin “Verbier” xizək kurortuna gələn və son qaydalara görə on gün karantində qalmalı olan 400-dən çox turist yoxa çıxıb.

Bu barədə “Daily Telegraph” yazır.

Britaniya koronavirusun yeni, daha yolxucu növünün aşkarlandığını elan edəndən sonra İsveçrə səlahiyyətliləri 20 dekabrda Britaniyadan uçuşları qadağan ediblər.

14 dekabrdan bəri ölkəyə gələn britaniyalı turistlərdən tələsik on gün təcrid olunmaq tələb edilib.

24 dekabrda İsveçrə hökuməti britaniyalıların bir sıra şərtləri yerinə yetirdikləri təqdirdə karantində olduqlarına baxmayaraq, vətənlərinə qayıtmalarına icazə verildiyini açıqlayıb.

27 dekabr səhəri Verbierdəki hotel işçiləri xəbər veriblər ki, çox sayda britaniyalı turist səhər yeməyi belə yemədən hoteldən ayrılıb və əlaqəni kəsib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man