Öz maşınını park etmək üçün başqasının avtomobilini yerindən uzaqlaşdırdı - VİDEO

Maraqlı 23 Dekabr 2020 | 08:43
OXUNUB: 824

Rusiyanın Novosibirsk şəhərində kişi başqasının maşınına tros taxaraq onu park edildiyi yerdən uzaqlaşdırıb, sonra isə öz avtomobilini onun yerinə yerləşdirib.

Bu barədə 360 TV xəbər yayıb.

Bu vaxt yerindən uzaqlaşdırılan maşının sahibi pəncərədən baş verənləri görərək kameraya çəkib, sonra isə polisə xəbər verib.

Kadrlarda “Land Cruiser Prado”nun sahibinin maşınından trosu çıxardaraq, yolunun üstündə dayanan “Nissan Qashqai”ni kənara çəkdiyi, sonra isə yaşadığı binanın qarşısına yollandığı görünür.

Sosial şəbəkələrdə kadrlar birmənalı qarşılanmayıb. İstifadəçilərin bəziləri “Nissan” sahibinin maşını düzgün yerdə park etmədiyini deyərək kişinin tərəfini tutublar, digərləri isə hər nə olursa-olsun belə hərəkəti yolverilməz hesab ediblər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man