Azərbaycanlı rejissorların filmi Amerikada qalib oldu - FOTO - VİDEO

Maraqlı 18 Dekabr 2020 | 22:00
OXUNUB: 4175

Azərbaycanlı rejissorlar Elçin Ağazadə və Elmar Bayramovun "Uğur böcəyi" adlı sosial filmi Amerikanın Florida ştatında 15 dəqiqəlik qısa sosial filmlər arasında "Ən Yaxşı Sosial Film" nominasiyası üzrə qalib elan olunub.
Bu barədə rejissor Avtosfer.az-a Elçin Ağazadə özü məlumat verib. Bildirib ki, autzimlə bağlı ideya ilk onun özündən gəlib.
"Kiçik oğlum autzim sindromludur. Problemi yaşayan bir şəxs kimi bu işə təşəbbüs göstərdim. Düşündüm ki, bu xəstəlikdən əziyyət çəkən milyonlarla insana mənəvi dəstək vermiş olaram."
"Uğur böcəyi" filminin baş qəhrəmanı balaca Fatimə, öz rolu ilə autizmə xas davranışları maksimum əks etdirə bilib. Görünür bu da, amerikalı film mütəxəssislərin diqqətini cəlb edib.
Filmin rejissorları Elçin Ağazadə, Elmar Bayramov,  operatoru Tərlan Xaqverdiev, icraçı prodüseri Anar Yəhyadır.
Rolları Fatimə Əliyeva, Ülviyyə Rza və Kənan Əsgərzadə ifa edib.
Qeyd edək ki, film "Exo media" tərəfindən ərsəyə gətirilib.
Xatırladaq ki, Elçin Ağazadə buna qədər bir çox milli mənəvi dəyərlərlə bağlı kliplərin və sənədli filmlərin rejissoru olub. 
Onun çəkdiyi  "Cənnət ətri", "Səngərdə azan", "Zamana sığmayan Nəsimi" "Klassik ədəbiyyatımızda İmam Hüseyn" və s. işləri izləyicilər tərəfindən rəğbət qazanıb.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man