Monarch şirkəti elektrikli sürücüsüz traktoru təqdim edib. İddialara görə, bu, dünyanın ilk ağıllı traktorudur.
TED.az xəbər verir ki, sürücüsüz rejimdə işləyən traktor əkin və biçin işlərini tək başına həyata keçirir. 360 dərəcə kamera, bir sıra sensorlar və naviqasiya proqramı ilə təchiz edilib. Əvəlcədən proqramlaşdırılmış işləri yerinə yetirmək və ya müstəqil idarə olunmaq üçün quraşdırıla bilər. İstehsalçı yeni elektrikli traktorda bir neçə alqoritmdən yararlanıb. Yerləşdirilmiş sensorların köməyi ilə gündə 240 GB-a qədər məlumat toplaya və analiz edə bilir. Bu, bitkilərinin vəziyyəti və digər göstəricilərinin qiymətləndirilməsindən ibarətdir.
Traktorda 70 at gücündə elektrik mühərriki və 10 saatdan çox fasiləsiz işləyə bilən akkumulyator yerləşdirilib. 5 saat ərzində tam şəkildə şarj olur. 998 kq-a qədər yük daşıya bilir.
Monarch şirkəti 500 dollar depozitlə traktor üçün sifariş qəbul etməyə başlayıb. Artıq yüzlərlə ABŞ fermerinin sifariş verdiyi bildirilir. Sözügedən pilotsuz traktor 2021-ci ilin payızında 50 min dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man