Sürətli nəqliyyat vasitələri üçün ilk asma körpü - FOTO

Maraqlı 12 Dekabr 2020 | 11:22
OXUNUB: 1110

Çinin şərqindəki Cianqsu əyalətində, Yanqtze çayı üzərindən inşa edilən Vufenqşan asma körpüsü bu gündən istismara verilib.
TED.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin qurğu dünyanın sürət qatarlarının hərəkəti üçün əlverişli olan ilk asma körpüsü, Çinin isə həm dəmir yolu, həm də avtomobil yolunun keçdiyi ilk asma körpüsüdür.
Ümumi uzunluğu 6,4 km olan körpünün baş aşırımı 1 092 m uzunluğundadır. Körpünün üst mərtəbəsindən 100 km/saatadək sürət həddi tətbiq edilən 8 zolaqlı avtomobil yolu, aşağı mərtəbəsindən isə 250 km/saatadək hərəkət sürəti tətbiq edilən Lianjen sürət dəmir yolu xətti keçir.
Layihəsi Çin Dəmir Yolları Körpü Mühəndisliyi İnstitutunda hazırlanmış yeni körpü Çin Dəmir Yolu Körpüləri Bürosu tərəfindən 5 ilə inşa edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man