Bu ideya kimə məxsus idi? - FOTO

Maraqlı 11 Dekabr 2020 | 12:50
OXUNUB: 1200

Xəbər verdiyimiz kimi, Zəfər paradında Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü avtomobillərin nömrə nişanlarından hazırlanmış instalyasiya nümayiş olunub. İnstalyasiya sosial şəbəkələrdə maraqla qarşılanıb və günün ən çox paylaşılan şəkli olub.

Məlumat üçün bildirək ki, bu, Heydər Əliyev Fondunun ideyası olub. Fondun sosial şəbəkə hesablarında qeyd olunub:

"Heydər Əliyev Fondunun Zəfər paradına kreativ töhfəsi. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu instalyasiyanın üzərinə həkk olunan "Qarabağ Azərbaycandır!" şüarı  ilə bir daha bəyan edilir".

Xatırladaq ki, 90-cı illərin əvvəllərində Kəlbəcərdə mülki əhalinin məcburi köçkün düşərkən qoyub gəldiyi avtomobillərin üzərindən açılmış nömrələrlə ermənilər divar hörmüşdü.

 



Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man