ABŞ-da peyda olan müəmmalı polad sütunun sirri açıldı

Maraqlı 06 Dekabr 2020 | 19:52
OXUNUB: 646

Amerikanın “The Most Famous Artist” art qrupu bildirib ki, ABŞ-ın Yutanın ştatındakı səhrada peyda olmuş sirli sütunu onun üzvləri quraşdırıb.

“Report” xəbər verir ki, qrup belə açıqlama ilə özünün instaqramdakı səhifəsində çıxış edib.

Sosial şəbəkə hesabında iki şəkil paylaşılıb. Fotolarda kişinin sütunu hazırladığı əks olunur.

"Düşünürsünüz ki, bu yadplanetlilər deyildi?", - fotoya aid mətndə qeyd edilib.

“The Most Famous Artist”in saytında sütunu 45 min ABŞ dollarına almaq təklif edilir. Qeyd olunur ki, çatdırılma və quraşdırma qiymətə daxildir.

Xatırladaq ki, monolit helikopterlə uçuş zamanı noyabrın 18-də Torpaq Bürosunun əməkdaşları tərəfindən aşkar edilmişdi. Əvvəlcə onun koordinatları gizlicə saxlanılırdı.

Dörd metr hündürlüyə malik sütun ilk dəfə 2015 və 2016-cı illər arasında çıxıb. Sonra Rumıniya və Kaliforniyada da belə sütunlar tapılıb və Yutadakı sütun yoxa çıxıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man