Pandemiya rəqəmsal dünyaya keçidi sürətləndirib

Maraqlı 13 Oktyabr 2020 | 20:25
OXUNUB: 1165

Koronavirus pandemiyası rəqəmsallaşdırma prosesinin sürətlənməsinə gətirib çıxardı - istehlakçılar indi daha çox onlayn alış-veriş edirlər, getdikcə daha çox insan əsas informasiya və əyləncə mənbəyi kimi internetdən istifadə edir.

Avtosfer.az ted.az-a istinadən bildirir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) ekspertləri tərəfindən aparılan araşdırmanın nəticələridir. Mütəxəssislər Çin, Almaniya və Rusiya da daxil olmaqla, bir neçə ölkənin sakinləri arasında sorğu keçirib.

Koronavirus epidemiyası başlayandan bəri elektron və rəqəmsal məhsulları onlayn satın alanların sayı 10 faiz, əczaçılıq məhsulları, həmçinin bağçılıq alətləri və avadanlıq alanların sayı 9 faiz, mebel - 8 faiz, kosmetika və fərdi qulluq əşyaları alanların sayı 6 faiz artıb. Onlayn kurs keçənlərin sayı 8 faiz artıb.

"COVID-19 pandemiyası rəqəmsal dünyaya keçidi sürətləndirdi. İndi baş verən dəyişikliklər, qlobal iqtisadiyyat bərpa olunmağa başlayanda uzunmüddətli nəticələrə səbəb olacaq", - deyə UNCTAD rəhbəri Mukisa Kituyi qeyd edib.

Respondentlərin yarıdan çoxu indi mal və xidmətləri internetdə daha çox sifariş etdiyini bildirib.

Onlayn alış-verişdə ən böyük artım inkişaf etməkdə olan ölkələrdə baş verib. Pandemiyadan əvvəl geniş yayıldığına görə elektron ticarətdə ən kiçik artım Almaniya və İsveçrədə qeyd edilib.

Eyni zamanda, pandemiyanın yaratdığı iqtisadi böhran və işsizlik səbəbindən internetdəki istehlakçı xərcləri azalıb. Ən çox zərər turizm sektoruna dəyib. Orta hesabla istehlakçılar səyahətə əvvəllər olduğundan 75 faiz daha az xərcləyib.

Onlayn rabitə sahəsindəki nəhənglər arasında WhatsApp, Instagram və Facebook Messenger pandemiya dövründə ən populyardır. Eyni zamanda, getdikcə daha çox insan Zoom və Microsoft Teams-da video zəngləri seçir.

Ekspertlər, həmçinin kiçik müəssisələrin onlayn ticarətə keçməyə daha yaxşı hazır olduqlarını da müəyyən ediblər.

Inveon elektron ticarət platformasının qurucusu və Baş direktoru Yomi Kastro deyib: "Elektron ticarəti öz iş strategiyalarının əsasına çevirən şirkətlər, pandemiyadan sonrakı dövrə hazırdır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man