Qlobal bazarların yeni lideri: Günəş enerjisi önə çıxır

Maraqlı 13 Oktyabr 2020 | 17:10
OXUNUB: 710

Yeni növ koronavirus (COVID-19) epidemiyası səbəbindən bu il dünyada enerjiyə tələbat 5 faiz düşəcək.

Avtosfer.az xəbər verir ki, bu, Beynəlxalq Enerji Agentliyinin (İEA) “Dünyanın enerji görünüşü 2020” hesabatında yer alıb.

Bu çərçivədə neftə tələbat 8 faiz azalaraq gündəlik 100 milyon bareldən aşağı düşəcək. Bu il kömürə tələbat 7 faiz, təbii qaza tələbat 3 faiz, qlobal elektrik tələbatı isə 2 faiz azalacaq.

Dünyada enerjiyə investisiya qoyuluşu 18 faiz, yavaşlayan iqtisadiyyat aktivlərilə qlobal karbon emissiyaları 7 faiz düşəcək.

COVID-19 gələn il nəzarət altına alınarsa, qlobal enerji tələbinin 2023-cü ilin əvvəlində pandemiyadan öncəki səviyyəyə geri dönəcəyi gözlənilir. Epidemiya davam edərsə, enerji tələbindəki bərpa 2025-ci ilə qədər sürəcək.

2019-2030-cu il aralığında 12 faiz artacağı proqnozlaşdırılan enerji tələbində 9 faiz böyümə gözlənilir.

Hesabata görə, Günəş enerjisi böyümənin təməl qaynağı olacaq. Digər enerji mənbələrində istehsalın azalmasına rəğmən, bərpaolunan enerjidən elektrik istehsalı bu il artacaq.

Qlobal enerji tələbi 2030-cu ilə qədər 20 faiz artacaq ki, bu tələb artımının 80 faizini bərpaolunan enerji qaynaqları təkbaşına qarşılaya biləcək.

Günəş enerjişi bu sektordakı böyümənin mərkəzində yer alacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man