"Airshow China" beynəlxalq aviasərgisi təxirə salındı

Maraqlı 13 Oktyabr 2020 | 19:30
OXUNUB: 539

Daha əvvəl noyabr ayına təyin olunmuş "Airshow China", yaxud "Zhuhai Airshow" beynəlxalq aviasiya və aerokosmik sərgisi koronavirus pandemiyası ilə bağlı təxirə salınıb.

Avtosfer.az bu barədə sərginin saytına istinadən xəbər verir.

“COVID-19 ilə bağlı dünyadakı vəziyyət hələ də sürətlə inkişaf edir. Qonaqlarımızın və sərgi iştirakçılarının sağlamlığı, səfərlərin təhlükəsizliyi, sərginin səviyyəsi ilə bağlı hərtərəfli müzakirələrdən sonra biz ilkin olaraq noyabr ayının 10-dan 15-dək Juhai Beynəlxalq Hava Sərgi Mərkəzində keçirilməsi nəzərdə tutulmuş 13-cü Çin Beynəlxalq Aviasiya və Aerokosmik Sərgisinin (Airshow China) qeyri-müəyyən müddətə təxirə salındığını bildiririk”, – təşkilat komitəsinin açıqlamasında bildirilir.

Qeyd edək ki, 1996-cı ildən Quanqdonq əyalətinin Juhai şəhərində mütəmadi keçirilən “Airshow China” sərgisində hərbi və mülki təyyarə və s. uçuş vasitələri, fəza cihaz və texnologiyaları, hava müdafiə sistemləri, radio elektron qoruma vasitələri nümayiş olunur.

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man