NASA “Artemis” Ay proqramının yenilənmiş planını təsdiqləyib

Maraqlı 22 Sentyabr 2020 | 20:40
OXUNUB: 799

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) sentyabrın 21-də özünün “Artemis” Ay proqramının yenilənmiş planını təqdim edib.

Bu məlumatı idarənin rəhbəri Ceyms Braydenstayn jurnalistlər üçün telefon brifinqində açıqlayıb. Yenilənmiş plana əsasən, indi proqramın birinci mərhələsi (Artemis 1) 2021-ci ilə, ikinci mərhələsi (Artemis 2) 2023-cü ilə nəzərdə tutulur. Üçüncü mərhələ - insanın Aya enməsi (Artemis 3) isə əvvəlcə planlaşdırıldığı kimi 2024-cü ildə reallaşmalıdır.

Xatırladaq ki, NASA üç mərhələdən ibarət “Artemis” Ay proqramını 2019-cu ilin yazında elan edib. Birinci mərhələdə “Orion” kosmik gəmisi ay ətrafında pilotsuz uçuş həyata keçirməli və Yerə qayıtmalıdır. İkinci mərhələdə kosmik gəmi Yerin təbii peyki ətrafında ekipajla dövrə vuracaq.

Birinci və ikinci mərhələ əvvəlcə 2020-ci ilin sonuna və 2022-ci ilə planlaşdırılmışdı. Planın yenilənməsi SLS daşıyıcı raketinin hazırlanmasının COVID19 pandemiyası səbəbindən ləngiməsi ilə izah olunur. (AZƏRTAC )

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man