Yaponiya Ayın mənimsənilməsi üçün 770 milyon dollar xərcləyəcək

Maraqlı 19 Sentyabr 2020 | 20:04
OXUNUB: 1013

Yaponiya növbəti maliyyə ilində (aprel 2021 – mart 2022) ABŞ tərəfindən təklif olunan Ayın mənimsənilməsi üzrə layihədə iştirak etmək üçün təxminən 80 milyard yen (770 milyon ABŞ dolları) ayıracaq. Bu barədə NHK telekanalı məlumat yayıb.

Bu vəsaitin böyük hissəsi 2009-cu ildən bəri Beynəlxalq Kosmik Stansiyaya yük çatdırmaq üçün istifadə olunan hazırkı “Konotori” pilotsuz yük kosmik gəmisini əvəzləməli olan gəminin hazırlanmasına sərf ediləcək. Yeni yük gəmisinin Ay yaxınlığındakı “Gateway” stansiyasının təchizatında iştirak edə biləcəyi gözlənilir.

Yaponiya Aerokosmik Araşdırmalar Agentliyinin (JAXA) 2021-ci maliyyə ili üçün ümumi büdcəsi isə 280 milyard yen (2,6 milyard ABŞ dolları) təşkil edəcək və bu, qurumun mövcudluğu ərzində rekord məbləğ olacaq. (“Report”)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man